ABŞ-ın neft ehtiyatları artıb

24.01.2018 12:12     Dünyadan reaksiya     1691

Ötən hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları artıb.

Bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 4,75 milyon barrel artaraq 416,15 milyon barrel olub. Analitiklər ehtiyatların 1,6 milyon barrel azalacağını nəzərdə tuturdu. Beləliklə də, son 8 həftədə ABŞ-ın neft ehtiyatlarında ilk dəfə artım olub.

ABŞ-dakı benzin ehtiyatları isə ötən həftə 1,7 milyon barrel artıb. Benzin ehtiyatlarının 2,4 milyon barrel artması gözlənilirdi. Beləliklə də, benzin ehtiyatları son 11 həftədə 8-ci dəfə artım göstərib.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Reaksiya.az

Şərhlər