Liviyada terror aktı nəticəsində 33 nəfər ölüb

24.01.2018 12:34     Dünyadan reaksiya     2036

Liviyanın Benqazi şəhərində törədilən terror aktı nəticəsində 33 nəfər ölüb, 71 nəfər yaralanıb. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

 Terror aktı nəticəsində Liviya ordusunun əks-kəşfiyyat rəisi Mehdi Fallah da xəsarət alıb.

Bomba yerləşdirilmiş iki maşın Benqazinin ən böyük məscidi yaxınlığında, insanlar ibadətdən çıxan zaman partladılıb.

Yerli “Əl-Мərsad” qəzeti terror aktı nəticəsində Liviya ordusu komandanlığının istintaq şöbəsinin rəhbəri Əhməd əl-Feytarinin də həlak olduğunu bildirib.

Liviyanın Benqazi şəhərində törədilən terror aktı nəticəsində 33 nəfər ölüb, 71 nəfər yaralanıb. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, terror aktı nəticəsində Liviya ordusunun əks-kəşfiyyat rəisi Mehdi Fallah da xəsarət alıb.

Bomba yerləşdirilmiş iki maşın Benqazinin ən böyük məscidi yaxınlığında, insanlar ibadətdən çıxan zaman partladılıb.

Yerli “Əl-Мərsad” qəzeti terror aktı nəticəsində Liviya ordusu komandanlığının istintaq şöbəsinin rəhbəri Əhməd əl-Feytarinin də həlak olduğunu bildirib.

Reaksiya.az

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şərhlər