Çox isti havalar taxıl biçininə təsir edəcək - Medvedev

03.08.2015 23:13     Dünyadan reaksiya     1830

Rusiyanın Baş Naziri Dmitri Medvedev həddindən artıq isti havaların taxıl biçininə təsir edəcəyini bildirib.
 
 Reaksiya.az xəbər verir ki, Rusiyanın aqrar sənayesi ilə bağlı keçirilən  iclasdan sonra sosial şəbəkələrdə təəssüratlarını paylaşan Medvedev biçin işlərinin normal getdiyini yazıb.  Baş Nazir qeyd edib ki,  biçin işləri plana uyğun gedir. Biçin ilə bağlı proqnozlar pis deyil. Bu il təxminən 100 milyon ton taxıl əldə ediləcək.
 
 Medvedev həmçinin qeyd edib ki. quraqlıq olduğuna görə bəzi problemlər də yaşaya bilərlər.
"Təəssüf ki, itkilərimiz də olacaq. Bir neçə bölgəmiz hədsiz isti havalardan ziyan görür. 9 regionda fövqəladə vəziyyət elan edilib. Hədəfimiz zərər görən bölgələrimizə dəstək vermək və kənd təsərrüfatı sənayesinin inkişafı ilə bağlı müsbət dinamizmi əldən qaçırmamaqdır". 

Şərhlər

Çox oxunanlar