Türkiyədən hərbi hava əməliyyatı

03.08.2015 23:34     Dünyadan reaksiya     1994

Türkiyə Silahlı Qüvvələrinə aid olan təyyarələr Şimali İraqdakı hədəflərə qarşı növbəti hərbi hava əməliyyatını həyata keçirib. 
 
Reaksiya.az xəbər verir ki, Diyarbakır 8-ci Əsas təyyarə bazasından qalxan təyyarələr Şimali İraqda yerləşən PKK hədəflərini bombardmana tutub. 
 
Karabulak polis bölməsinin qarşısında 2 ton bomba yüklənmiş traktorun partladılması nəticəsində şəhid olan Mədət Mat və Mənsur Çingiz ilə Mardin Midyat adına keçirilən əməliyyata Diyarbəkirin 8-ci əsas təyyarə bazasından havaya qalxan 10 ədəd F-16 təyyarəsi iştirak edib.
 
Günortadan sonra keçirilən və 3 saat davam edən əməliyyatda Şimali İraqda başda Qəndil olmaq üzrə müxtəlif bölgələrdə PKK-ya aid mağara, sığınacaq və sursat anbarları bombalanıb.

Şərhlər