NATO-NUN BAŞ KATİBİ: "TÜRKİYƏ DƏ ÖZÜNÜMÜDAFİƏ HÜQUQUNA MALİKDİR, LAKİN..."

26.01.2018 12:31     Dünyadan reaksiya     1349

Türkiyə Suriyada qüvvədən proporsional şəkildə istifadə etməlidir. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
 
"Bütün ölkələr kimi, Türkiyə də özünümüdafiə hüququna malikdir. Lakin biz istərdik ki, bu proporsional və düşünülmüş şəkildə olsun”- deyə Yens Stoltenberq Madriddə səfəri çərçivəsində jurnalistlərə bildirib.
 
 
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı” əməliyyatına başlayıb.
 

Şərhlər