Qırğızıstan - Tacikistan sərhədində gərginlik
04.08.2015 01:03 Dünyadan reaksiya 2582
Qırğızıstanın cənubundakı Batken bölgəsində Qırğızıstan ilə Tacikistan vətəndaşları arasında münaqişə yaşanıb.
Reaksiya.az xəbər verir ki, Qırğızıstan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən açıqlamada ölkənin cənubundakı Batken bölgəsində, Batken bölgəsində-Taş kəndi yaxınlığında Qırğızıstan ilə Tacikistan vətəndaşları arasında münaqişə yaşandığı ifadə edilib. Gərginliyin, sərhəd bölgəsində yaşayan Qırğızıstan vətəndaşlarının cənazələrini dəfn etmək üçün Mayıskoye kənd yolunun keçdiyi marşrutdan istifadə etmələrinə icazə verilməməsindən sonra yaşandığı bildirilib.
Bundan sonra Qırğızıstan vətəndaşlarının da, bölgədəki Tacikistan vətəndaşların yaşadığı Çorku adlı kəndə gedən suyu kəsərək reaksiyasını göstərdiyi bildirilən şərhdə, hər iki tərəfdən ümumilikdə 200 nəfərin iştirak etdiyi münaqişədə ölən ya da yaralanan olub olmadığı məsələsi ilə məlumat verilməyib.
Haqqında danışılan sərhəd kəndlərində vəziyyətin nisbətən istiqrarlı olduğu ifadə edilərkən, bölgədə hər iki dövlətin bölgə rəsmilərinin vətəndaşları sakitləşdirməyə çalışdığı qeyd edilib.
İki xalqın sıx yaşadığı bölgədə tez-tez ərazi, kənd təsərrüfatı suvarma,otlaq, ortaq yoldan istifadə və sərhəddə icazəsiz keçidlər kimi səbəblərə görə gərginlik yaranır. Qırğızıstan ilə Tacikistan arasındakı 970 kilometrlik sərhəddən təkcə 503 kilometri müəyyən edilib, 2012-ci ildən etibarən isə davam edən sərhəd təyin işlərində hələ 47 kilometr üzərində razılaşma əldə olunub.
Şərhlər