ABŞ İsmail Haniyəni "qara siyahı"ya salıb

01.02.2018 19:33     Dünyadan reaksiya     1595

ABŞ Fələstinin Qəzzadakı sabiq nümayəndəsi, HƏMAS-ın siyasi büro rəhbəri İsmail Haniyəni “qlobal terror” siyahısına aldığını açıqlayıb.

Reaksiya.az “cnnturk”-ə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi İ.Haniyəni “xüsusi təşkil edilən qlobal terroristlər” siyahısına daxil etdiyini bildirib.

Açıqlamada həmçinin İ.Haniyənin Sabirin Hərəkatı, Liva Sevra və HASM hərakatı adlı təşkilatlar da “qlobal terror” siyahısına salınıb.

Məlumatda qeyd olunur ki, həmçinin ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin İdarə Edilməsi İdarəsinin (OFAC) sanksiya siyahısında da İsmayıl Haniyənin adı var.

Fələstin Xalq Partiyası, İslami Cihad və digər bir sıra təşkilatlar İsmail Haniyənin ABŞ tərəfindən qara siyahıya alınmasını pisləyiblər. “ABŞ-ın qərarı İsrailin işğalını müdafiə məqsədilədir və tərəfbaz olduğunu göstərir.”

Reaksiya.az

 

Şərhlər