Türkiyəyə qarşı plan - Gizli məktublarda verilən DƏHŞƏTLİ TƏLİMATLAR
02.02.2018 12:07 Dünyadan reaksiya 1761
ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurkun (Türkiyədə “müstəmləkə valisi” adlandırılır - red.) PKK məsələsinin həlli prosesində təşkilatın lideri Abdullah Öcalanla məktublaşdığı ortaya çıxıb.
Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.
ABŞ PKK üzərindən Suriyanın şimalında qurmaq istədiyi “terror dövləti” üçün bir çox təklif verən Öcalan təşkilatdakı terrorçuları “ABŞ istəyərsə, bizə 6 ayda ordu qurar” deyərək motivasiya edib. Xəbərə görə, ABŞ “terror dövləti” layihəsi üçün Öcalanla koordinasiyalı şəkildə işləyib. Öcalan 2014-2016-cı illərdə Çətin Arkas, Nəsrullah Kuran və Mikail Barut adlı PKK-çıların vasitəsilə Brett Makgurk və ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələrinə İmralı həbsxanasından hesabatlar göndərib. Hesabatlarda Suriyanın şimalında görülməli işlər barədə təkliflər yer alıb.
ABŞ-ın istəyi ilə ona “məsləhətçilik” edən Öcalan göndərdiyi hesabatlarda “Cerablus və Azez xətti birləşdirilməli”, “ABŞ Türkiyə Silahlı Qüvvələrinin Afrinə müdaxiləsinə mane olmalı”, “Konfederasiya ordusu qurulmalı”, “Sərhəd təhlükəsizlik gücləri hazırlanmalı” kimi təkliflər verib.
ABŞ Öcalanın təkliflərini Suriyanın şimalında həyata keçirməyə çalışdığı plana daxil edib. Lakin Türkiyənin cənubdan mühasirəyə alınması planının ən əhəmiyyətli hissəsi olan Cerablus-Azez xəttinin birləşdirilməsi “Fərat Qalxanı” əməliyyatı ilə mümkün olmayıb. PKK/PYD və ABŞ-a ikinci böyük zərbə hazırda Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatı ilə vurulur. Öcalan Afrinlə bağlı “Sursat sexləri qurun”, “Döyüş Kommunası yaradın” və “Türkiyə ilə böyük müharibəyə hazırlaşın” deyə təlimatlar versə də, Afrinə girən Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) birlikləri ABŞ-PKK ittifaqının Aralıq dənizi arzusuna tamamilə son qoyub.
İmralıdan PKK-ya göndərdiyi mesajlarda “ABŞ istəyərsə, bizə 6 ayda ordu qurar” deyən Öcalan “terror dövləti”nin qurulması prosesini Fransa inqilabına bənzədib. Bundan başqa, PKK liderinin Pentaqon və Brett Makgurka yalnız Suriya və İraqın deyil, bütün Yaxın Şərqin yenidən dizayn edilməsi üçün ABŞ-la əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Şərhlər