Vladimir Kara-Murza: “Qərb Rusiyadakı saxta seçkiləri tanımamalıdır”
02.02.2018 20:49 Dünyadan reaksiya 1407
Rusiyalı müxalifətçi özlərini demokrat hesab edən ölkələri riyakarlıqla suçladı
Rusiyanın ictimai xadimi və publisist Vladimir Kara-Murza “The Washington Post” qəzetinə müsahibə verib.
Kara-Murza Rusiyada ATƏT-in tələblərinə uyğun son seçkilərin 2000-ci iln martın 26-da keçirildiyini bildirib. 2003-cü iln dekabrından başlayaraq isə bu ölkədə baş tutan heç bir seçki təşkilatın baza meyarlarına uyğun olmayıb.
“ATƏT-in ən sərt təpkisi 2012-ci il seçkilərində olub. Xatırladaq ki, həmin seçkilərdə Vladimir Putin prezident postunu yenidən Dmitri Medvedevdən geri almışdı. ATƏT məruzəsində real rəqabətin olmadığını, habelə bütün hökumət resurslarının yalnız bir adamın qələbəsi üçün səfərbər edildiyinə diqqət çəkmişdi”, -rusiyalı müxalifətçi qeyd edib.
Lakin Vladimir Kara-Murza Qərbin bu məsələdə riyakarlığa yol verdiyini düşünür.
“Qərb demokratiyalarının Rusiyadakı seçkilərə münasibəti həmişə ikiüzlü xarakter daşıyıb. Bir yandan ATƏT müşahidəçiləri seçkilərin ədalətsiz olduğunu qeyd edib. Digər yandan isə Qərbin demokratik yolla hakimiyyətə gəlmiş prezident və baş nazirləri tələm-tələsik Vladimir Putinə zəng edərək onu möhtəşəm qələbə, əslində isə müvəfəqiyyətli oğurluq münasibətilə təbrik edirdilər.
Vladimir Kara-Murza qarşıdan gələn seçkilərin digərlərindən fərqli olmayacağına əmindir: “ATƏT-in mart ayında hansı fikrə gələcəyi naməlumdur. Lakin Ruisya seçkilərinin həlledici aspekti, yəni real rəqibin olmaması hər kəsə məlumdur. ATƏT-in seçkilərə hazırlığı izləyən müşahidəçi missiyası indidən Putinin ən güclü rəqibi, Aleksey Navalnının uydurma bəhanələrlə seçkiyə buraxılmaması barədə rəyini hazırlayıb.
Belə olan halda Qərb liderləri demokratik prosesi ələ salmaqdan başqa bir şey olmayan bu “seçkilərdəki” “qalibi” təbrik etməkdə tələsməməlidirlər. XXİ əsrdə ATƏT-in üzv dövlətləri üçün legitimliyin sadəcə bir forması və meyarı olmalıdır-ədalətli və şəffaf seçkilər!
Bu özünün demokratik üsul-idarəsi və qanunu aliliyinn təmin olunası ilə öyünən ölkələrdən gözlənilən ən minimum nəsnədir”,- Kara-Murza yekunlaşdırıb.
Şərhlər