Rianna Fransa prezidenti ilə tərəfdaş oldu

03.02.2018 16:13     Dünyadan reaksiya     1527

"Dünya birliyi bu problemin həllinə başlamalı, təcili və təxirəsalınmaz tədbirlərə əl atmalıdır".

Fransa prezidenti Emmanuel Makron Seneqalın paytaxtı Dakarda keçirilən Təhsil Məsələləri üzrə Qlobal Əməkdaşlıq (Global Partnership for Education, GPE) sammitində belə deyib.

Milli.Az European-a istinadən bildirir ki, Fransa və Seneqalın birgə təşəbbüsü olan bu sammitdə dünyanın müxtəlif ölkələrində məktəbə getməyən 870 milyon uşağın təhsil prolblemini həll etmək üçün yaxın 3 il ərzində 3,1 milyard dolların xərclənməsi nəzərdə tutulub.

Sammitdə GPE-nin xoşməramlı səfiri, əslən Barbadosdan olan amerikalı müğənni Rianna da iştirak edib.

 

Fransa prezidenti Emmanuel Makron müğənni Riannanı Seneqalın dövlət başçısı Maki Salla birlikdə "ən önəmli tərəfdaşlardan biri" adlandırıb.

Reaksiya.az

Şərhlər