Avropada YPG-yə gizli dəstək: general işdən qovuldu

06.02.2018 11:23     Dünyadan reaksiya     1317

Belçikanın hərbi kəşfiyyatının Brüsseldə YPG liderləri ilə görüşdüyü, razılaşma əsasında terror qruplaşmasına təlim keçildiyi bildirilib.

 2016 və 2017-ci illərdə görüşən tərəflər İraqda və Suriyada YPG-yə təlim keçilməsi və zəruri dəstəklə təmin olunması barədə razılığa gəliblər. Razılıq əsasında YPG-yə gecəgörmə cihazlarının müəyyən edə bilmədiyi hərbi formaların verilməsi nəzərdə tutulub.

Məlumata görə, kəşfiyyat idarəsindəki 8 nəfərin terror qruplaşması ilə bu gizli münasibətdən narazı qalması, Baş Qərargaha və Müdafiə Nazirliyinə məktub yazması ilə gizli sövdələşmənin üstü açılıb. Məsələyə müdaxilə edən Belçika xüsusi xidmət orqanları həqiqətən şikayət məktubunda yazılanların doğru olduğunu anladıqdan sonra hərbi kəşfiyyatın rəhbəri general Eddi Testelmans istefaya məcbur edilib.

Eddi Testelmans koalisiyanın uçuşları sırasında belçikalı bir F-16 pilotunun YPG-nin əli ilə xilas edilməsi və İŞİD sıralarındakı Belçika vətəndaşlarının siyahısını əldə etmək üçün terror qruplaşması ilə əməkdaşlıq edib. Baş Qərargahdan və Müdafiə Nazirliyindən Türkiyə ilə münasibətlərə görə icazə ala bilməyəcəyini bilən general məsələni gizli şəkildə həyata keçirməyə çalışıb.(axar.az)

Reaksiya.az

 

Şərhlər