ABŞ-ın “Kreml hesabatı”na qarşı öz tədbirlərimiz var

06.02.2018 11:27     Dünyadan reaksiya     1259

ABŞ-ın “Kreml hesabatı”na qarşı tədbirlərimiz var.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya” qəzetinə açıqlamasında deyib.

Lakin diplomat bildirib ki, rəsmi Moskva hazırkı durumda Rusiyaya zərər verəcək addımlar atmayacaq:

“Mövcud vəziyyətdə qəti şəkildə qarşılıq vermək məqsədi güdməyəcəyik. Əgər dövlət başçısı Vladimir Putin durumu dəyərləndirib və cavab vermək zamanının gəldiyini düşünərsə, o zaman hərəkətə keçəcəyik”.

Qeyd edək ki, bir müddət əvvəl Vaşinqton Rusiyaya qarşı "Kreml hesabatı"nı qəbul edib. Hesabata 210 yüksək çinli məmur və oliqarxın adı daxil edilib.

Reaksiya.az

Şərhlər