“Məni həbs etsələr, tərəfdarlarım Gürcüstan hökumətini devirəcək”
08.02.2018 18:37 Dünyadan reaksiya 1584
“Ukrayna rəhbərliyi mənim ekstradisiyama hazırlaşır. Lakin bu o anlama gəlmir ki, məni mütləq Gürcüstana göndərəcəklər. Bir neçə gün əvvəl öyrəndim ki, onlar məni geri qəbul etmələri üçün Polşa rəhbərliyinə müraciət ediblər. Ekstradisiyaya gəldikdə isə bu, Gürcüstan hökuməti üçün ağır olacaq. Onlar mənim orada olmağımı istəmirlər”.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bunu Fransanın “Liberation” nəşrinə müsahibəsində deyib. Saakaşvilinin sözlərinə görə, Gürcüstanda silahlı qüvvələr və hüquq-mühafizə orqanları daxil olmaqla, ona xalq dəstəyi var.
“Gürcüstan hökuməti zəifdir. Mənim iştirakım olmadan baş tutan prosesin komediya olduğunu bilirlər. Bir ildən artıq müddətdə onlar mənim offşor hesablarımı axtardılar. Lakin heç nə tapmadılar. Mənim vaxtımda Gürcüstanda korrupsiya yox idi. Əgər məni Gürcüstanda həbs etsələr, tərəfdarlarım məni azad etmək üçün hökuməti devirəcəklər. Mən buna əminəm”, - deyə sabiq prezident bildirib.
Şərhlər