Suriyalıların İstanbula köçü dayandırıldı
09.02.2018 12:04 Dünyadan reaksiya 1551
Türkiyədəki Suriyalıların İstanbula gəlişi müvəqqəti olaraq dayandırılıb. Hazırda İstanbulda qeydiyyatda olan 542 min suriyalı var.
Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, əhalinin sıxlığı nəzərə alınaraq, İstanbula yeni qeydiyyat alınmır. Qeyd edək ki, biometrik şəxsiyyət vəsiqəsi ilə qeydiyyata alınan suriyalılar icazə sənədi ilə şəhər dəyişdirə bilirdilər. İstanbul isə Türkiyəyə gələnlərin ən çox qalmaq istədiyi şəhərdir.
Miqrasiya idarəsindən isə bildirilib ki, İstanbula qeydiyyat dayandırılsa da, burada qeydiyyatsız yaşayanlar var və hazırda onları müəyyən etmək üçün hərəkətə keçilib.
Xatırladaq ki, Türkiyənin 81 əyalətində suriyalılar var və 3 milyon 485 min 644 suriyalıya biometrik kimlik verilib.
Şərhlər