NATO-nun Şərqi Avropadakı müdafiə qabiliyyəti miskin haldadır
09.02.2018 14:06 Dünyadan reaksiya 1647
Rusiyanın Krımı işğalına cavab olaraq NATO şərq sahillərində döyüş qabilyyətini artırıb. Lakin Rusiya tərəfdən olası hücum zamanı say üstünlüyü Şimali Atlantika Alyansının tərəfində olmayacaq.
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin icmalçısı Lorents Hemiker Qərbin əsas hərbi gücünün uzun illər sonra olduqca miskin göründüyünü yazır.
“Gələn həftə start götürəcək təhlükəsizlik üzrə Münhen konfransında çıxışların və diskusiyaların mövzusu olduqca dəyişkən olacaq. Əslində burada dünyadakı aclıqdan, miqrasiya axınlarından, qlobal istiləşmədən və Yaxın Şərqdəki qaynar nöqtələrdən danışmalı idilər. Lakin Rusiyanın Ukraynadakı hərəkətlərindən və Yaxın Şərq müharibəsinin üstünə od tökməsindən sonra Münhen konfransının ana mövzusu NATO-nun müdafiə qabiliyyətinin müzakirəsi olacaq”, - müəlllif yazır.
Hemiker Şimali Atlantika Alyansının yalnz son bir ildə özünün şərq sərhədlərini əlavə taborlar və təlimlərlə artırmağa başladığını qeyd edir. Məqalədə yazıldığı kimi, indiki dövrdə təşkilat ani hücumlara reaksiya verə biləcək 5 minlik hərbi kontingenti hazır vəziyyətə gətirib. Lakin bunun özü belə, kağız üzərində görünür.
Hemikerin yazdığına görə, bütün görülən tədbirlərə təğmən Rusiyanın NATO-nun zəif nöqtələrinə zərbə endirməsi halında təşkilat qüvvələrin sayı ilə bağlı müqayisədə olduqca gücsüz durumda olacaq.
“Qüvvələr arasında tarazlığın bu dərəcədə pozulması ABŞ-ın “Rand Corporation” analitik fondu tərəfindən hazırlanan təhlil-məruzədə qeyd olunub. Bu məruzə Münhen konfransında da geniş müzakirələrin predmetinə çevriləcək”, - məqalə müəllifi yazır.
Sənədi tərtib edənlər Rusiyanın qəfildən hərbi əməliyyatlara başlaması halında yarana biləcək müxtəlif ssenariləri gözdən keçiriblər. Yazıda təsvir olunan mənzərənin NATO üçün ürəkaçan olmadığı vurğulanır.
Belə ki, Baltikyanı ölkələr Polşada yerləşdirilən qoşunlarla birlikdə yalnız 32 minlik hərbi kontingentə malikdirlər. Rusiya isə yalnız Qərb sərhədlərində 78 min hərbi qulluqçunu əməliyyatlara cəlb edə bilər.
Bu tarazsızlıq quru qoşun texnikasında lap gözə çarpır. Bölgədə NATO-nun sərəncamında cəmi 179 tank olduğu halda Rusiyanın ixtiyarında 757 tank mövcuddur. PDM-lərə gəlincə isə Alyansın 280 maşınına qarşı Rusiya 1275 eyni texnikanı çıxara bilər.
Lakin ən böyük fərq artilleriyanın ədəd sayındadır. Müəlliflərin yazdığına əsasən, burada qüvvələr arasında müqayisə fərqi özüyeriyən artilleriya qurğularında 1/11-ə, raket qurğularında isə 1/270-ə nisbətindədir.
Sənədi tərtib edənlərin fikrincə, vəziyyətin bu hala gəlməsinin bir çox səbəbləri var. Qərbin uzun müddət Əfqanıstan, Yaxın Şərq və Afrikadakı hərbi əməliyyalara başının qarışdığı bir vaxtda Rusiya ağır silahlarını modernləşdirməklə və onları həm təlimlərdə, həm də digər ölkələrin ordularına qarşı sınamaqla məşğul olub.
Lorents Hemikerin yazıdğına əsasən NATO-nun da güclü yanları var. Şimali Atlanitika alyansı hələ də aviasiyanın sayına görə Rusiyadan qat-qat üstün vəziyyətdədir. “Rand Corporatio”nın təsbitlərinə əsasən Rusiyanın 1251 müasir hərbi təyyarəsinə qarşı Şimali Atlantika alyansı 5357 təyyarə çıxara bilər. Lakin Rusiyanın Qərb hərbi dairəsində yerləşdirdiyi hava hücumuna qaşrı 600-dən çox sistem NATO-nun bütün təyyarələri üçün ciddi təhlükə törədir.
Məqalə müəllifi “Rand Corporation”ın apardığı analizin başqa bir paradoksu üzə çıxardığını yazır: “Müdafiə büdcəsi, qoşunların və əsas silah sistemlərinin sayındakı üstünlüyə rəğmən Alyans Baltikyanı ölkələrdə ümumi say üstünlüyünə nail ola bilmir. Bunun əvəzinə NATO ləng də olsa, silahlanmanın tədricən gücləndirilməsinə və dialoq aparılmasına üstünlük verir. NATO-nun hərbi qərargahında tarazlığın sürətlə bərpasının Moskvanı gözlənilməz addımlar atmağa sövq edə biləcəyindən çəkinirlər”.
Hemiker ən sonda belə bir nəticəyə gəlir: “Əgər Rusiyadakı siyasi situasiya tezliklə dəyişməsə, Qərb olduqca aciz və müti vəziyyətdə qalacaq. Bu məsələni mütləq Münhendə müzakirə etmək lazımdır”.
Reaksiya.az
Şərhlər