Ankara Vaşinqtonla Suriya ilə bağlı danışıqlar aparmaq istəmir

12.02.2018 12:54     Dünyadan reaksiya     1677

Bakı. Rufiz Hafizoğlu :

Ankara Vaşinqtonla Suriya ilə bağlı danışıqlar aparmaq istəmir.

Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

 

B.Bozdağ qeyd edib ki, ABŞ "Zeytun budağı" hərbi əməliyyatı ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə nümayəndə heyəti göndərmək əvəzinə, terrorçulara dəstəyi dərhal dayandırmalıdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Reaksiya.az

Şərhlər