Rusiya İŞİD-lə mübarizə planını açıqladı
04.08.2015 17:29 Dünyadan reaksiya 1475
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün planının detallarını açıqlamaq üçün erkən olduğunu, tərəfdaşlarından cavab gözlədiklərini deyib.
Reaksiya.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun dünən ABŞ Dövlət Katibi Con Kerri və digər həmkarları ilə müzakirə etdiyi plana görə İŞİD-lə mübarizədə yeni bir koalisiya formalaşdırılması təklif edilir. Suriya və İraq hökumətləri ilə Kürd administrasiyalarının onurğa sümüyünü yaradacaq yeni koalisiyada regional qüvvələr də yer alacaq.
BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanacaq koalisiyanın əsas hədəfi Suriya lideri Bəşər Əsədi istefaya məcbur etmək, ya da digər müxalif silahlı qüvvələrə dəstək kimi məsələləri əhatə etməyəcək.
Jurnalistlərin suallarını cavablandıran Peskov hər kəsi əməkdaşlığa dəvət edib. Detallar məsələsinə gəldikdə isə bunları danışmaq üçün hələ tez oluğunu, bu məsələlərin əməkdaşlıq üsullarına əsaslandığını bildirib.
Qətərdə keçirilən forumda çox fərqli yanaşmaların olduğuna diqqət çəkən Peskov onu da qeyd edib ki, tərəfdaşlardan bəziləri Suriya rəhbərliyinin mövqeyini zəiflətməyə çalışır.
Şərhlər