Rusiya gömrüyündə qanunsuz saqqızlar məhv edildi
04.08.2015 18:02 Dünyadan reaksiya 2620
Rusiyanın Kalininqrad bölgəsindəki gömrük keçidində, Türkiyədən gətirilən 1800 qutu saqqız məhv edilib.
Reaksiya.az xəbər verir ki, buna səbəb məhsulların qaçaq formada gətirilməsidir.
Rusiya Federal Gömrük Xidməti (FTS) Kalininqrad bölgə mətbuat bürosundan verilən məlumata görə, Baltiysk liman gömrük qapısında Türkiyəyə məxsus saqqız məhsulları araşdırılıb.
Açıqlamada bildirilib ki, saqqızların üzərində saxta marka aşkar edilib. Bu markanın qeyri-qanuni şəkildə istifadə edildiyi məlum olub. Buna görə də "Qanunsuz ticari markalardan istifadə etmək" maddəsi ilə araşdırma işi başlanılıb.
Məhkəmə qərarı ilə 1800 qutu saqqız məhv edilib və qanunu pozan şəxslərə 30 min rubl pul cəzası verilib.
Şərhlər