Yaponiyada güclü qar yağıb, 15 nəfər ölüb

14.02.2018 13:14     Dünyadan reaksiya     1585

Yaponiyanın şimalına və Yapon dəniz sahillərinə yağan güclü qar ağır fəsadlara yol açıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Yaponiyanın Ümummilli İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsindən təbii fəlakətin təsir etdiyi üç əsas prefekturada - Fukui, Niiqata və Toyamada 15 nəfər öldüyü, ölkənin əsas adası Hönsünün şimalında və Yapon dənizi sahillərində 222 nəfər müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilib.

Ölüm halları daha çox dam örtüyünün qardan təmizlənməsi zamanı yıxılma ilə bağlı olub. Sakinlər qarın ağırlığından dam qatının çökəsəcəyindən qorxur və buna görə də əlverişsiz hava şəraitində olsa belə, damı təmizləmək məcburiyyətində qalırlar.

Bu gün Fukuidə qar örtüyünün hündürlüyü 2,78 metr, Niiqatada 2,5 metr, Toyamada isə 60 santimetrdən çox olub.

 

Reaksiya.az

Şərhlər