Sərkisyan Putinin icazəsi ilə yeni rəhbər təyin etdi
16.02.2018 14:54 Dünyadan reaksiya 1572
Ermənistan-Rusiya birləşmiş qüvvələrinə yeni rəhbər təyin olunub.
Ermənistan ordusunun 1-ci korpusunun komandanı general-mayor Tiqran Pərvanyan bu qruplaşmanın başına gətirilib.
Qeyd edək ki, qruplaşmanın keçmiş rəhbəri Andranik Makaryan yanvarın sonunda Ermənistan Baş Qərargah rəisinin müavini təyin olunmuşdu.
İrəvanla Moskva arasındakı razılaşmaya əsasən, vahid ordu birləşməsinin tərkibinə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası və Ermənistanın 5-ci ordu korpusu (Bu korpus İrəvan yaxınlığında yerləşir – red.) daxil edilib. Qruplaşmaya Rusiya prezidentinin razılığı ilə Ermənistan dövlət başçısı komandan təyin edir.
Sülh vaxtı qruplaşma Ermənistan ordusunun Baş Qərargahına, müharibə zamanı isə Rusiya ordusunun Baş Qərargahı və Cənub Hərbi Dairəsinə tabe olur. Qruplaşmanın rəhbərinin müharibə vaxtı kimə tabe olacağı haqqında qərarı isə Rusiya və Ermənistan prezidentləri müəyyənləşdirir.
Qruplaşmada rəsmi dil rus dilidir.
Şərhlər