Türk ordusu daha 3 kəndi azad etdi - 1641 ölü

19.02.2018 12:30     Dünyadan reaksiya     1823

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun üzvləri Afrində İkidam, Şeltah və Merseva kəndlərini YPG-PKK terrorçularından təmizləyib.

Bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.

Əməliyyatın başlamasından indiyə qədər zərərsizləşdirilən terrorçu sayı 1641-ə yüksəlib.

Qeyd edək ki, Afrində keçirilən “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.

Reaksiya.az

Şərhlər