Trampın nüvə çantası mühafizəçiləri dalaşdırdı
19.02.2018 12:32 Dünyadan reaksiya 1556
ABŞ Prezidenti Donald Trampın keçən il gerçəkləşdirdiyi Çin səfəri zamanı ABŞ və Çin xüsusi xidmət orqanları əməkdaşları arasında qalmaqal yaşanıb.
Bu barədə informasiyanı “Axios” portalı yayıb.
Davanın “nüvə çantası” ucbatından yaşandığı bildirilib. Belə ki, Çin lideri ilə danışıqların aparılacağı zala Trampın ardınca onun ardınca nüvə çantasını daşıyan şəxs də girmək istəyib. Lakin ona Çin xüsusi xidmət orqanlarının nümayəndələri mane olub. Bundan sonra Amerika nümayəndə heyətinin üzvləri Ağ Evin aparat rəhbəri Con Kellini çağırıblar və o da içəri girməyə cəhd edib. Bu zaman tərəflər arasında toqquşma yaşanıb.
Çin zabitinin Kellini tutmasını görən ABŞ Məxfi Xidmətinin əməkdaşı onun qolunu buraraq yerə uzadıb.
“Axios” çinlilərin heç bir halda nüvə çantasına toxuna bilmədiyini bildirib.
Şərhlər