Koreya yarımadasına hakim olmaq uğrunda mübarizə...
20.02.2018 17:45 Dünyadan reaksiya 1666
ABŞ və Şimali Koreya arasında münasibətlərin pisləşməsinin ABŞ-la, Cənubi Koreya arasında keçirilmiş hərbi təlimlərə görə baş verdiyini düşünürəm. Belə ki, Şimali Koreya hər iki ölkəni nüvə zərbəsi ilə hədələyir. Şimali Koreya bu təlimləri işğal üçün məşq kimi görür.
Fikrimcə, Şimali Koreya bu iki dövləti hədələməklə həm onlara, həm də digər dövlətlərə öz gücünü göstərməyə və onları çəkindirməyə çalışır. ABŞ və Şimali Koreya arasında vəziyyət gərgindir, ancaq müharibə ehtimalı bir az azalıb. Buna Cənubi Koreyada keçirilən qış olimpiadasını və bu olimpiadada iki ölkənin birgə heyətlə iştirakını ngöstərmək olar.
ABŞ müdafiə naziri Ceyms Mattis mətbuat konfransında bildirmişdir ki, “əgər həll yolu müharibədirsə, bu təsəvvür edilməsi belə mümkün olmayan faciəyə səbəb olardı”. Buradan belə nəticəyə gəlmək olar ki, hər iki ölkə müharibə olacağı təqdirdə nələr baş verəcəyinin fərqindədir. Düzdür hər iki tərəf bir-birini hədələsə də, gərginliyi artırsada fikrimcə hər ikisi üçün də müharibə həm çıxış yolu deyil, həm də bu heç kimin marağında deyil. Əlbəttə müharibə olarsa iki tərəfdə çox sayda itki verəcəkdir. Ən böyük təhlükə isə Seul və Tokio şəhərləri üçündür. Çünki burada əhali daha sıx yaşayır və burada aparılan hər hansı hərbi əməliyyat böyük itkilərə səbəb ola bilər. Müharibənin olmayacağı ehtimalına "Soyuq müharibə" dövrünü misal getirmək olar və burada ABŞ və SSRİ arasında müharibə olmadı. Səbəb isə hər ikisinində nüvə ölkəsi olmasıdır. Bu məsələlər haqqında keçmiş ABŞ müdafiə nazirləri AS Karter, Uilyam Perry 2002-ci ildə qəzetdə yazmışdır. Onların yazısından belə nəticə cıxarmaq olar ki, ABŞ, Şimali Koreyanı özünə təhlükə həsab edir və ondan çəkinir. Hətta Tramp Şimali Koreyanı "ABŞ üçün böyük risk" adlandırıb. Təbii ki, bu vəziyyətdə ABŞ, Cənubi koreyanı dəstəkləyır və bunun üçün regiona THAAD hava hücumundan müdafiə kompleksləri yerleşdirib. Tramp bu müdafiə kompleksləri üçün Cənubi Koreyanın 1 milyard dollar hesab ödəməli olduğunu söyləyib. Bu 3 ölkənin: ABŞ, Şimali Koreya və Cənubi Koreyanın hərbi texnologiyalarını müqayisə etsək Şimali Koreyanın geridə qaldığını görərik. Lakin, buna baxmayaraq belə qenaətə gəlmək olar ki, Şimali Koreyaya edilən hər hansı bir hücumun cavabı ağır olacaqdır. Burada Çin faktoruda vardır. Əlbəttə ki, Çinin burada geopolitik və iqtisadi maraqları var.
Bildiyimiz kimi Şimali Koreya şimal və şimal-qərbdən Çinlə həmsərhəddir. Aralarındakı münasibətdən belə nəticəyə gəlmək olar ki, Çin Pxenyanın arxasında durur və Şimali Koreyanın da esas məqsədlərindən biri rejimin təhlükəsizliyini qorumaqdır. Digər tərəfdən əgər müharibə olarsa və rejim devrilərsə bu vəziyyət Çin iqtisadiyyatına da öz təsirini mənfi olaraq göstərəcək, çünki bildiyimiz kimi iki ölkə həmsərhəddir. Bir tərəfdən də ABŞ- ın Çinin sərhəddində yerləşməsi Çinin maraqlarına zidd olacaqdır. Fikrimcə, Çin sərhəddə təhlükə istəmədiyi üçün ABŞ və Şimali Koreya arasında diplomatik danışıqların aparılmasının tərəfdarıdır.
Nuralı Əliyev,
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti
Şərhlər