ABŞ İsraili ərəb ölkələri ilə üz-üzə qoyur

26.02.2018 11:21     Dünyadan reaksiya     1564

Amerika səfirliyinin 14 mayda Qüdsə köçürülməsinin neqativ nəticələri ola bilər

ABŞ administrasiyası ölkə səfirliyini Təl-Əvivdən Qüdsə köçürmə qərarını 14 may tarixində həyata keçirəcək. Bu isə İsrailin qurulmasının bəyan edildiyi günün 70-ci ildönümünə düşür. Bu barədə İsrailin nəqliyyat və kəşfiyyat naziri Yisrael Katz bildirib. “Bundan böyük hədiyyə yoxdur. Çox ədalətli və ən doğru həmlədir. Sağ ol, dost”, - deyə o qeyr edib. ABŞ rəhbərliyi də bu faktı təsdiqləyib.

Bəs, ABŞ həqiqətən də səfirliyini mayın 14-də Qüdsə köçürsə, bu hadisə hansı nəticələr verə bilər? Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyan qərarı qəbul edən zaman səfirliyin iki il ərazində köçürüləcəyi bildirilmişdi. Məsələnin indi bu qədər tezləşdirilməsinin arxasında hansı niyyətlər dayana bilər? Səfirliyin may ayında köçürülməsinin təxirə salınması gözləniləndirmi?

Politoloq Elşən Mustafayev xatırlatdı ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə keçirmək istəməsi ilə bağlı Donald Trampın verdiyi ilk açıqlama regionda çaxnaşma yaradıb: “O zaman Trampın bu qərarı sona qədər icra etməyəcəyi ilə bağlı da fikirlər söylənilirdi. Bəzi ekspertlər isə bunu seçkiöncəsi yəhudi lobbisinə verilən sözün nəticəsi olaraq görürdü və ciddi müqavimət  olmayacağı halda həyata keçə biləcəyini də söyləyirdilər. Qüds 3 dinin özü üçün müqəddəs hesab etdiyi şəhərdir. Ona xüsusi status vermək əvəzinə  bu şəkildə davranmaq qarşıdurmaları, düşmənçiliyi daha da artırmağa xidmət edəcək. Düşünürəm ki, aradan bir neçə ay keçəndən sonra yenidən bu məsələnin aktuallaşması, konkret vaxtın göstərilməsi növbəti dəfə region dövlətlərinin bu məsələ ilə bağlı dözümlülüyündə nəbzlərini bir daha yoxlamağa hesablanıb.

Əslində ABŞ-a hal-hazırda həmin regionda növbəti qaynar nöqtə yaratmaq sərf etmir. Əgər ərəb dövlətlərinin əksəriyyəti bu addıma qarşı çıxsalar, regionda ABŞ-ın siyasi və hərbi mövcudluğuna sağalmaz zərbə dəyə bilər. Digər məsələlərdə birləşmə imkanları aşağı olan ərəb dövlətlərinin bu məsələdə rahat birləşmə imkanları yaranar. Livan hakimiyyətinin bir qoluna rəhbərlik edən ”Hizbullah" artıq məsələ ilə bağlı kəskin mövqeyini ortaya qoyub və onların digər hakimiyyət ortaqları - sünni, xristian, ortodoks partiyalar da İsrailə qarşı olacaqlarını bildiriblər. Bu hələ 4 milyon əhalisi olan bir dövlətdə yaşanan narahatçılıqlardır. Qalan ərəb dövlətləri də buna qarşı açıq savaş açarasa, ilk növbədə İsrail çətin vəziyyətdə qalacaq".

Politoloq Elşən Mustafayev ile ilgili görsel sonucu

Politoloqun fikrincə, ortada olacaq müqavimətin səviyyəsindən asılı olaraq ABŞ səfirliyin may ayında Qüdsə köçürülməsi qərarını sonrakı vaxtlara təxirə sala bilər. Amma ümumilikdə, paytaxt köçürmə qərarını hələ ki, dəyişməyəcək: “Bu addımla da regionu gərgin vəziyyətdə saxlayacaq. Məsələnin daha həssas tərəfi ABŞ-ın köçürülmənin İsrailin yaranmasının 70 illik ildönümü günündə etmək istəməsidir. Bilirik ki, o zaman razılaşmalara görə, İsrail dövləti yaranan vaxt Fələstin dövləti də yaranmalı idi, anacaq bu, olmadı və fələstinlilər o vaxtdan bu günə qədər bunun hesabını sorurlar”.

Reaksiya.az

Şərhlər