Papua-Yeni Qvineyada silsilə zəlzələlər baş verib
26.02.2018 11:22 Dünyadan reaksiya 1532
Fevralın 26-da Papua-Yeni Qvineyada silsilə zəlzələlər baş verib.
Azərtac ABŞ Geoloji Xidmətinə istinadla xəbər verir ki, 7,6 bal gücündə ilk zəlzələ yerli vaxtla gecə saat 3:44 dəqiqədə Porqera şəhərindən 92 kilometr qərbdə qeydə alınıb. Yeraltı təkanın ocağı 10 kilometr dərinlikdə yerləşib.
Bunun ardınca həmin zəlzələnin afterşoku olan və ümumi gücü 5 baldan yuxarı 10-dan artıq yeraltı təkan qeydə alınıb.
Silsilə zəlzələlər nəticəsində baş verən dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Şərhlər