İlk teledebat keçiriləcək - ABŞ-da

05.08.2015 13:00     Dünyadan reaksiya     1384

Amerika Birləşmiş Ştatlarında Respublikaçı Partiyanın üzvləri növbəti il keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün ilk televiziya duelinə çıxıblar.

Amerikanın Fox News telekanalı Respublikaçı Partiyanın ümumilikdə 17 nəfər namizədlərindən 10 nəfəri açıq iclasa dəvət edib. Telekanal iştirakçılardan hansının televiziya debatlarında iştirak edəcəyini əhali  içərisində topladığı  səs faizlərinə əsasən müəyyənləşdirib. İştirakçılar arasında milyarder Donald Trump, Florida keçmiş qubernatoru Jeb Buş, Viskonsin meri Skot Uolker və Alyaska keçmiş qubernatoru Mike Huckabee də var.

ABŞ-ın 58-ci Prezidenti noyabrın 8-i 2016-cı ildə keçiriləcək seçki ilə müəyyənləşəcək.

Alman əsilli milyarder Trump sorğularda rəqiblərini geridə qoyub. Trump Meksikalı miqrantlar haqqındakı irqçi ifadələri ilə diqqət çəkmişdi.

Şərhlər

Çox oxunanlar