Türkiyə XİN: “Afrinlə bağlı ABŞ-la heç bir diplomatik müzakirə aparmırıq”
27.02.2018 15:20 Dünyadan reaksiya 1315
“Türkiyə və ABŞ arasında Afrin məsələsi ilə bağlı diplomatik müzakirə aparılmır”.
“Report” “Türkiye”yə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Adrian Gallovey Türkiyə ilə Afrində gərginliyin azalması istiqamətində müzakirələr apardıqlarını bəyan etmişdi.
Şərhlər