ABŞ qırıcısı havada buz bağladı: pilotu don vurdu
28.02.2018 11:50 Dünyadan reaksiya 1282
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Qrovler təyyarəsi uçuş zamanı şiddətli donvurmaya məruz qalıb.
Bu barədə “Defans Nyus” informasiya yayıb.
Hadisə Sietl şəhərindən 90 kilometr aralıda 7600 metr yüksəklikdə baş verib. Təyyarə Vaşintondakı Uidbi-Aylend bazasından Kaliforniyadakı Çayna-Leyk bazası istiqamətində hərəkət edib.
Məlumata görə, təyyarənin temperatur tənzimlənməsi sistemində problem yaranıb. Nəticədə təyyarədə temperatur mənfi 30 dərəcəyə qədər aşağı düşüb, göyərtə dumana bürünüb, təyyarənin göstərici paneli isə buz qatı ilə örtülüb. Bu səbəbdən təyyarədə olan pilot və mühəndis idarəetmədə problem yaşayıb, sayğacların və kompasın göstəricilərinə nəzarət edə bilməyib.
Yaranan problemə görə pilot səfəri təxirə salaraq Uidbi-Aylendə geri dönüb. Təyyarə hərbi bazaya qayıtdıqdan sonra aparılan müayinədə pilot və mühəndisin dərisində yaralar və donvurma əlamətləri aşkarlanıb.(axar)
Şərhlər