Vladimir Putin Azərbaycan Sərgi Mərkəzində oldu

05.08.2015 13:15     Dünyadan reaksiya     1146

Azərbaycanın Moskvadakı səfirliyindən verilən məlumata görə,  Moskvanın VDNH sərgi mərkəzinə səfəri zamanı Putin, regionda yerləşən Azərbaycan Sərgi Mərkəzini də ziyarət edib.

 Səfər zamanı Putini Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin və digər rəsmilər müşayiət edib. Polad Bülbüloğlu Rusiyanın dövlət rəhbərinə mərkəzlə bağlı qısa məlumat verib.

 Putinin Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı layihələri maraqla izlədiyi məlum olub. Polad Bülbüloğlu Sovet dövründə də Azərbaycanın VDNH-da nəhəng sərgi mərkəzində mühüm fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki,  Heydər Əliyev Fondunun sərginin yenidən qurulması işinə mühüm töhfələr verib. 

 

Şərhlər