Tokioda Kosmosun Mənimsənilməsi üzrə Beynəlxalq Forum öz işinə başlayıb
03.03.2018 09:51 Dünyadan reaksiya 1363
Martın 3-də Tokioda Kosmosun Mənimsənilməsi üzrə Beynəlxalq Forum (ISEF) işə başlayıb.
Tədbirdə dünyanın 60 ölkəsindən 500-dən çox nümayəndə iştirak edir.
ISEF-in sayca ikinci olan bu toplantısında kosmik agentliklərin dünyanın müxtəlif ölkələrindən gəlmiş nümyəndələri kosmosun tədqiq üzrə beynəlxlaq əməkdaşlıq məsələlərini, həmçinin bu məqsədlə həyatə keçirilən və perspektivdə planlaşdırılan layihələrin əlaqələndirilməsini müzakirə etməyi nəzərədə tuturlar.
Xatırladaq ki, kosmosun tədqiqi üzrə dövlətlər səviyyəsində açıq dialoqun aparılması barədə qərar 2011-ci ildə İtaliyada qəbul edilib və ilk forum çərçivəsində görüş də bu ölkədə keçirilib.
Şərhlər