Putin qələbə müjdəsi verdi, rus zabitlərin qətliamı başladı…
07.03.2018 10:54 Dünyadan reaksiya 1497
Putin ötən ilin dekabrında Suriyaya gedərək təntənəli şəkildə bəyanat verdi ki, biz qalib gəldik və artıq hərbi qruplaşmanın çox hissəsini çıxarmağa başlayırıq.
Bu sözləri Rusiyanın An-26 nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması olayını şərh edən politoloq Şahin Cəfərli deyib. Politoloq həmin bəyanatdan sonra Suriyada bir-birinin ardınca qəribə hadisələrin baş verdiyini bildirib:
“Terrorçuların dronlarla Rusiya hərbi bazasına hücumu, nəticədə 10-a yaxın hərbi təyyarənin sıradan çıxması və ya zədələnməsi, hərbi təyyarənin havada vurulması, “Vaqner qrupu”nun ABŞ tərəfindən bombardman edilməsi və nəhayət, ötən gün hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması, bəlkə də vurulması nəticəsində 39 nəfərin ölümü ilə nəticələnən hadisə bu qəbildəndir. Rusiya Suriya müharibəsinə 2015-ci il sentyabrın sonunda müdaxilə etmişdi. Fikir verin, Putinin bəyanatından sonrakı 3 ayda məruz qaldığı canlı qüvvə və hərbi texnika itkisi əvvəlki 2,2 il ərzində verdiyi itkilərdən çox oldu”.
Qeyd edək ki, Rusiyaya məxsus hərbçiləri daşıyan An-26 təyyarəsi martın 6-da Hmeymim bazasına enərkən qəzaya uğrayıb. Qəzada Rusiya SQ-nin 39 hərbçisi həlak olub.
Ölənlərdən birinin general mayor, 26 nəfərin zabit olduğu bildirilir.(axar)
Şərhlər