Tramp Şimali Koreya barədə: "ABŞ hər iki yola hazırdır"

07.03.2018 11:13     Dünyadan reaksiya     1708

Şimali Koreyanın nüvə başlıqlı raket proqramına cavabda prezident Donald Tramp deyir ki, ABŞ “hər iki yolla” gedə bilər. “Ümidvaram ki, bu dürüst yol olacaq,” o əlavə edib.

Prezident bu bəyanatı Cənubi Koreya rəsmilərinin Şiamlın ABŞ-la nüvə silahlarından imtina etmək mövzusunda danışıqlara başlamağa hazır olduğunu deməsindən sonra verib.

 Trampın son bəyanatları onun əvvəllər Pxenyanın kütləvi qırğın silahları inkişaf etdirməsinə “alov və qəzəb”-lə cavab verəcəyini deməsi ilə təzad təşkil edir.

 “Biz situasiyanın belə davam etməsinə imkan verə bilmərik,” Tramp Oval Ofisdə İsveç Baş Naziri Stefan Lofvenlə görüşü zamanı bildirib.

Günün əvvəlində Prezident Donald Tramp Şimali Koreya ilə “mümkün inkişaf”ın əldə edildiyini bildirmiş, lakin Pxenyanla bağlı müsbət işarələrin “yanlış ümid” ola biləcəyinə dair xəbərdarlıq etmişdi.

ABŞ prezidenti səhər xəbərlərinə reaksiyada Twitter səhifəsində mesajında yazıb: “Uzun illərdən bəri ilk dəfədir ki, bütün maraqlı tərəflər ciddi səy göstərir. Dünya baxır və gözləyir! Lakin ABŞ hər iki istiqamətdə sərt mövqe tutmağa hazırdır!”

 Tramp bu mesajı Cənubi Koreyanın Pxenyanın Birləşmiş Ştatlarla nüvə silahlarının təhvil verilməsinə dair danışıqlara başlamaq istədiyini bildirməsindən sonra verib.

Cənubi Koreyanın təhlükəsizlik məsələləri üzrə baş müşaviri Çanq Eu-yonq çərşənbə axşanı müxbirlərə deyib ki, Pxenyan ölkəyə qarşı hərbi təhlükələrin azaldığı təqdirdə, nüvə proqramını davam etdirməyə ehtiyacın olmadığına işarə edib. Çanq əlavə edib ki, Şimali Koreya nüvəsizləşdirilmə və ABŞ-la münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazırlıq göstərib.

 

Şimali Koreya lideri Kim Yonq Un Cənubi Koreyanın rəsmi nümayəndə heyətinin üzvləri ilə

Şimali Koreya lideri Kim Yonq Un Cənubi Koreyanın rəsmi nümayəndə heyətinin üzvləri ilə

Çanq Cənubi Koreyanın nümayəndə heyətinin tərkibində Şimali Koreyaya iki günlük səfərdə olub. Nümayəndə heyəti Şimali Koreya lideri Kim Conq Unla presedenti olmayan görüş keçirib.

Şimali Koreya Seulun bəyanatını şərh etməyib. Lakin təsdiq edilsə, bu, Kim Conq Unun siyasətində əhəmiyyətli dəyişikliyin baş verməsindən xəbər verir. Keçən həftə Şimali Koreya ABŞ-la dialoqa başlamağa hazır olduğunu bildirib, lakin danışıqlar üçün hər hansı ilkin şərti rədd edib. ABŞ Pxenyanla danışıqlardan öncə Şimali Koreyanın ilk növbədə nüvə proqramına son qoymalı olduğunda israr edir.

 

 Amerikanın Səsinə müsahibə verən Merilend ştatından Demokrat Senator Ben Kardin Seulun açıqlamasını “müsbət işarə” kimi qiymətləndirib və Tramp administrasiyasını “bu imkandan istifadə etməyə" çağırıb.

 “Biz bu böhranın sona çatdırılmasının yeganə məntiqli yolun diplomatiyadan ibarət olduğunu hesab edirik. Buna başlamaq üçün Şimali Koreya öz nüvə proqramını dondurmalıdır,” Senator Kardin bildirib ("Amerikanın səsi").

Reaksiya.az

Şərhlər