Putinin yeni raketləri hədəfə dəydi: Senatorlardan çağırış

09.03.2018 11:52     Dünyadan reaksiya     1574

Demokrat senatorlar Cef Merkli, Dayan Faynstin, Edvard Marki və müstəqil senator Berni Sanders ABŞ Dövlət katibi Reks Tillersona müraciət edərək, onun Moskva ilə təcili danışıqlara başlamasını istəyiblər

Senatorlar Tillersona göndərdiyi məktubda tərəflər arasında dialoqun Rusiya Prezidenti Vladimir Putinin 1 mart çıxışından sonra önəmli olduğunu bildiriblər.

“ABŞ və Rusiya arasında strateji dialoq Putinin yeni nüvə silahları yaratdıqlarını bəyan etdiyi 1 mart çıxışından sonra daha aktual olub. Putinin adını çəkdiyi silahlar artıq strateji hücum silahları haqqında razılaşma ilə məhdudlaşmır. Bu silahlar genişlənəcəyi təqdirdə situasiya gərginləşəcək. Biz Rusiya ilə bu razılaşmanı yeniləmək üçün danışıqlara başlamalıyıq. Əgər razılaşmanın müddətini uzatsaq, Rusiyanın nüvə silahı limitinə necə əməl etdiyini nəzarətdə saxlamış olacağıq”, - senatorlar məktubda bildirib.(axar)

Reaksiya.az

Şərhlər