Tezliklə İŞİD-lə əhatəli mübarizə başlayacaq - Türkiyəli nazir

05.08.2015 17:35     Dünyadan reaksiya     1554

ABŞ ilə bağlanmış müqavilə çərçivəsində, xüsusilə İncirlik Bazasının açılması məsələsində müəyyən məsafə qət edildiyini bildirən Türkiyə Xarici İşlər Naziri Çavuşoğlu, Türkiyə və ABŞ-ın yaxın zamanda İŞİD-ə qarşı geniş mübarizəyə başlayacağını deyib.

Cənub-şərqi Asiya Millətlər İcması (ASEAN) Xarici İşlər Nazirlərinin 48-ci iclasında iştirak etmək üçün yerləşdiyi Malayziyada təmasda olan Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrovdan sonra ABŞ Dövlət Katibi Con Kerri ilə bir araya gəldi.

Reuters agentliyinin xəbərinə görə, Kerri ilə görüşündən əvvəl bir jurnalist Çavuşoğlundan Türkiyə və ABŞ-ın Suriyada formalaşdırmağı planlaşdırdığı təhlükəsiz bölgədə nə vaxt fəal bir Suriyaya müxalif qüvvə olacağını soruşub.

ABŞ ilə əldə edilən anlaşma çərçivəsində bazaların, xüsusilə də İncirlik Bazasının açılması məsələsində irəliləmə əldə edildiyini qeyd edən Çavuşoğlu bu ifadələri işlədib:

“pilotlu və ya pilotsuz ABŞ təyyarələrinin gəlməyə başladığını görürük. Yaxın vaxtlarda Suriyanın şimalında DAEŞ-ə qarşı birlikdə geniş müharibəyə başlayacağıq. Beləliklə təlim- təchiz daxilindəki müxaliflər sahədə daha təhlükəsiz olacaq. Mülki vətəndaşların zərər görməməsi məsələsində hər zaman diqqətli olmuşuq, bundan sonra da olmağa davam edəcəyik".

 Digər tərəfdən, ABŞ-ın başını çəkdiyi beynəlxalq koalisiyada İngiltərə və Fransa kimi bəzi ölkələrin də sözügedən mübarizəyə qoşulmaq istədiyini deyən Çavuşoğlu, "Regional ölkələrdən də Səudiyyə Ərəbistanı, Qətər və İordaniyanın qoşulmaq ehtimalı var. Məqsədimiz nəticə yönümlü bir strategiya ilə DAEŞ-lə mübarizə aparmaqdır" deyib.

 

Şərhlər

Çox oxunanlar