Bu ölkəyə turist axını azaldı

05.08.2015 18:08     Dünyadan reaksiya     1566

Rusiya tur operatorları Assosiasiyasının icraçı direktoru Mayya Lomidze bildirib ki, ölkəyə turist axını yay ərzində 30% azalıb.

"Yalnız yay ərzində 25-30% azalma müşahidə olunub. Buna səbəb rublun qəfil ucuzlaşmasıdır”, - deyə Lomidze vurğulayıb.

 İcraçı direktorun sözlərinə görə, iyulun ortalarında Assossasiyada bir canlanma olmayıb. İnsanların sayı 2014-cü ilə nisbətən daha az olub: “Milli valyuta düşməyə başladıqdan sonra Rusiyaya daha az turist gəlməyə başlayıb. Bu, hələ nikbin proqnozdur.”

 O, həmçinin 2015-ci ildə xarici ölkəyə gedənlərin statistikasını açıqlayıb: “Bu rəqəm 12 milyondan çox olmayacaq. Keçən il isə bu göstərici 15 milyon idi”.

 

Şərhlər

Çox oxunanlar