Yaponiyada Şinmoe vulkanı növbəti dəfə püskürüb

10.03.2018 09:59     Dünyadan reaksiya     1238

Yaponiyanın cənub-qərbində yerləşən Şinmoe vulkanında baş verən növbəti püskürmə nəticəsində tüstü 4500 metr yüksəkliyədək qalxıb. Bu, vulkanın fəallaşmasının qeydə alındığı son 9 gün ərzində ən yüksək göstəricidir.

Kaqoşima və Miyazaki prefekturalarının sərhədində yerləşən Şinmoe dağında növbəti püskürmə şənbə günü gecə saat 2 radələrində qeydə alınıb. Püskürmə nəticəsində vulkanın atdığı daş parçaları kraterdən 1,8 kilometr məsafəyə düşüb. Agentliyin nümayəndələrinin bildirdiyinə görə, vulkandan çıxan lava dağın şimal-qərb ətəyi boyunca aşağı doğru hərəkət edir.

Agentlik vulkan təhlükəsi xəbərdarlığını 5 ballıq cədvəl üzrə 3-cü dərəcə kimi müəyyən edib. Bu, o deməkdir ki, insanlar dağdan imkan daxilində uzaq məsafədə dayanmalıdırlar. Eyni zamanda, agentiliyin nümayəndələri vulkanın püskürdüyü böyük qaya parçalarının kraterdən 4 kilometr məsafədə düşə biləcəyi barədə də xəbərdarlıq ediblər.(azərtac)

Reaksiya.az

Şərhlər