Suriyada terrorçuların partlatdığı bomba nəticəsində 11 nəfər həlak olub

19.03.2018 13:18     Dünyadan reaksiya     1259

Suriyanın Afrin rayonu ərazisində PKK/YPG terrorçu qruplaşmasının dörd mərtəbəli binada əvvəlcədən yerləşdirdiyi bombanın partlaması nəticəsində 11 nəfər həlak olub.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, həlak olanlardan 7-si mülki şəxs, 3-ü isə Azad Suriya Ordusunun təmsilçisidir.

Partlayış Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı nəticəsində terrorçulardan təmizlənən ərazidə baş verib.

Reaksiya.az

Şərhlər