Ermənistanda Qərb ölkələrini rusiyalı diplomatları qovmağa çağırdılar
26.03.2018 17:11 Dünyadan reaksiya 1359
Ermənistan parlamentinin sabiq deputatı, qloballaşdırma və regional əməkdaşlıq üzrə analitik mərkəzin rəhbəri Stepan Qriqoryan NATO və Avropa İttifaqı ölkələrini Britaniyanı dəstəkləməyə və rusiyalı diplomatları ölkələrindən qovmağa çağırıb.
Qriqoryan Çexiyanın “Avropa dəyərləri” qeyri-hökumət siyasi institutunun saytında dərc edilmiş açıq məktubu dəstəklədiyini bildirib.
“Biz NATO və Aİ-dəki müttəfiqlərimizi britaniyalı dostlarımıza qoşulmağa və rusiyalı kəşfiyyatçıları ölkələrindən çıxarmağa səsləyirik. Bu cür təşəbbüs Kremlə nümayiş etdirəcək ki, bir ölkəyə hücum hamıya hücumdur və bu imkan verəcək ki, müttəfiqlər öz ərazilərində Rusiya kəşfiyyatının imkanlarını zəiflətsinlər”, - məktubda deyilir.
Məktubda həmçinin qeyd olunur ki, Vladimir Putinin rəhbərliyi altında beynəlxalq təcavüz soyuq müharibə illərindən bəri misli görünməmiş haldır.
Şərhlər