İŞİD Suriyada daha bir şəhəri ələ keçirib
06.08.2015 06:28 Dünyadan reaksiya 1444
İŞİD terror qruplaşmasının silahlıları Suriyanın qərbində yerləşən Əl- Qaryatayn şəhərini ələ keçiriblər.
Reaksiya.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Suriyada İnsan Haqları üzrə Müşahidə mərkəzinin (SOHR) məlumatında belə deyilir.
Məlumata əsasən, avqustun 5-də, səhər saatlarında şəhərin girəcəyində 3 terrorçu-kamikadze Suriya hökumət qoşunlarının nəzarət-keçid məntəqəsi qarşısında özünü partladıb. Bundan sonra şəhərə hücum başlayıb. Şiddətli döyüşlər zamanı 37 suriyalı hərbçi və 23 terrorçu həlak olub.
SOHR qeyd edir ki, strateji əhəmiyyətli Əl- Qaryatayn silahlıların nəzarəti altında olan qədim Palmira şəhəri və Kalamun bölgəsi arasında yerləşir.
Şərhlər