Jirinovski: Qərb rus diplomatlarını buna görə qovur

27.03.2018 14:33     Dünyadan reaksiya     880

Rus diplomatların Qərb ölkələrindən qovulması göstərir ki, Qərbə Rusiyanın simasında düşmən lazımdır.

Bu sözləri Teleqram kanalında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski paylaşıb.

“Avropa Birliyi parçalanır. Onu xarici təhdid olmadan necə saxlamaq olar? Qorxu faktoru lazımdır. İslam dünyası artıq onları qorxutmur. Ona görə ki, artıq milyonlarla qaçqın Avropada yaşayır. Çin isə onlar üçün çox uzaqdır. Yeganə variant Rusiyadır. Bu, ABŞ üçün də faydalıdır. Əgər Avropa qeyri-stabil olsa, bütün dünya maliyyəsi okeanın o tayına, yəni ABŞ-a yönələcək. Zamanında eyni effekti İkinci Dünya müharibəsi yaratmışdı”, – deyə o bildirib.(axar)

Reaksiya.az

Şərhlər