Yaponiya Rusiyaya nota
28.03.2018 12:21 Dünyadan reaksiya 1453
Rusiyanın İturup adalarında keçirdiyi hərbi təlimlə əlaqədar olaraq Yaponiya rəsmi Moskvaya öz etirazını bildirib.
Bunu parlamentdə çıxışı zamanı Yaponiya Xarici İşlər naziri Taro Kono deyib.
“Bu təlimlər Rusiyanın Kuril adalarında hərbi mövcudluğunun artırmasına imkan yaradır. Bu isə ölkəmizin bu adalarla bağlı mövqeyinə uyğun gəlmir”, – deyə o bildirib.
Qeyd edək ki, Yaponiya indiyə qədər İturup, Xabomai, Kunaşir və Şikotan adalarını öz ərazisi sayır. Tokio bundan öncə dəfələrlə bu adaların geri qaytarılması üçün Moskva ilə danışıqlar aparsa da, heç bir uğur əldə etməyib.
Şərhlər