Rusiya bu il yeni kredit üzrə Ermənistana silah satışına başlayacaq

29.03.2018 11:39     Dünyadan reaksiya     1089

Rusiya yeni müdafiə krediti çərçivəsində bu il Ermənistana 100 milyon dollarlıq silah tədarükünə başlayacaq. 

Bu barədə jurnalistlərə ArmHiTech-2018 sərgisində Rusiya hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin direktor müavini Vladimir Drojjov bildirib.

Ötən ilin dekabrında Ermənistan prezidenti Serj Sarkisyan 15 illik ödəmə müddəti olan 100 milyon dollarlıq müdafiə krediti üzrə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Bundan başqa, 2015-cu ilin iyun ayında rəsmi Moskvanın Ermənistana Rusiya istehsalı olan hərbi məhsulların alınmasına dair 200 milyon dollarlıq dövlət ixrac kreditin verilməsi haqqında saziş imzalanıb.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bəyan edib ki, yeni müdafiə krediti çərçivəsində Yerevan Moskvadan "strateji daşındırıcılıq" silahını almaq niyyətindədir.(report)

Reaksiya.az

Şərhlər