Türkiyə rəsmisi: “Ciddilikdən uzaq yanaşmaları rədd edirik”

30.03.2018 11:53     Dünyadan reaksiya     1250

“Türkiyə ilə terror qrupları arasında “dialoq, təmas, vasitəçilik” qurmaq kimi ciddilikdən uzaq yanaşmaları rədd edirik”.

Bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. 

Fransa Prezidenti Emmanuel Makronun terrorçu PKK qruplaşmasının Suriyadakı qollarında biri olan YPG-yə dəstəyinə münasibət bildirən İ.Kalın vurğulayıb ki, müttəfiq ölkələr terrora qarşı qəti mövqe göstərməlidir: "Terror qrupları ilə vasitəçilik yaxınlaşmasını rədd edirik."

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron terrorçu PKK/YPG-PYD-dən formalaşan Suriya Demokratik Gücləri (SDG) ilə Türkiyə arasında vasitəçilik etmək istədiyini bildirib: “SDG ilə Türkiyə arasında vasitəçilik etmək istəyirəm”.

Reaksiya.az

Şərhlər