Tramp Putinə silahlanma yarışında qalib gəlməyə söz verib

30.03.2018 12:02     Dünyadan reaksiya     1460

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putilə son telefon danışığı zamanı Rusiya ilə silahlanma yarışında qalib gəlməyə hazır olduğunu bəyan edib.

Bu barədə ABŞ prezidenti administrasiyasından olan mənbələr məlumat yayıb.

“Əgər silahlanma yarışı istəyirsinizsə, biz bunu təşkil edə bilərik, lakin mən qalib gələcəm”, - deyə telekanal Trampın sözlərini istinad olaraq gətirir.

Mənbələrin məlumatına görə, Rusiya prezidentinin Federal Yığıncağa müraciəti çərçivəsində təqdim etdiyi silahlar Trampı özündən çıxarıb.

Həmçinin Trampın Putinin təqdim etdiyi silahların sadəcə seçkiöncəsi ritorika olduğuna ümid etdiyi və 700 milyard müdafiə büdcəsi ilə dünyanın ən güclü ordusuna sahib olduğunu bildirdiyi vurğulanır.

Bununla paralel olaraq ABŞ liderinin milli təhlükəsizlik üzər müşaviri telekanala Tramp və Putin arasında görüşün nə vaxt baş tutacağının dəqiq bəlli olmadığını bildirib.(ordu.az)

Reaksiya.az

Şərhlər