Trampdan Türkiyə üçün önəmli qərar: Generallar mane olmasa…

30.03.2018 12:12     Dünyadan reaksiya     1226

Türkiyənin Suriyadakı PKK terrorçularına qarşı uğurlu əməliyyatlarını davam etdirməsinin qarşısını oradakı amerikalı hərbçilərin varlığı alırdı. Tramp qərarını həyata keçirərsə, Türkiyə ordusunun Menbiçə və digər yaşayış məntəqələrinə yolu açılacaq və PKK tör-töküntüləri daha ağır zərbələr alacaqlar.

Bu sözləri politoloq Elxan Şahinoğlu Trampın ABŞ ordusunun Suriyadan çıxacağı ilə bağlı açıqlamasını şərh edərkən bildirib. Politoloq qeyd edib ki, Tramp biznesmendir və xərclənən pullara baxır:

“ABŞ Yaxın Şərqə 7 trilyon dollar xərcləyib, nəticə isə göz qabağındadır. Ona görə də pulun qədrini bilən Tramp Suriyada daha çox qalmanın mənasını görmür”.

Politoloqun sözlərinə görə, Tampın qərarı azdır, Pentaqondakı generalların Ağ Ev sahibinin qərarını yerinə yetirməsi lazımdır:

“Dəfələrlə olub ki, Tramp türkiyəli həmkarı Ərdoğana bir söz deyib, amerikalı generallar isə fərqli addım atıblar, Türkiyənin düşmənlərinə dəstək veriblər. Bu arada başqa bir sual da aktuallaşır. ABŞ həbçilərinin Suriyanı tərk etmələri Pentaqonun PYD və YPG terrorçularına dəstəyi dayandıracağı anlamına gəlirmi?”

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtda ABŞ ordusunun Suriyadan çıxarılacağı ilə bağlı Tvitterdə məlumat paylaşıb.(axar)

Reaksiya.az

Şərhlər