Türk ordusu qəfil hücuma məruz qalıb, itkilər var

30.03.2018 12:24     Dünyadan reaksiya     1429

Hücum nəticəsində 5 hərbçi şəhid olub, 7 təhlükəsizlik əməkdaşı da yaralanıb

Türkiyənin Siirt vilayətinin Eruh rayonu yaxınlığında yerləşən Ormanardı hərbi hissəsinə PKK terror təşkilatının silahlıları tərəfindən hücum edilib. Reaksiya.az xəbər verir ki, hücum nəticəsində 5 hərbçi şəhid olub, 7 təhlükəsizlik əməkdaşı da yaralanıb.

Siirt valisi Ali Fuad Zirək səhər saatlarında baş verən terror aktından sonra xəstəxanaya gələrək yaralılara baş şəkib. Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.


Reaksiya.az

Şərhlər