İran Fransa prezidentinin Suriya münaqişəsinin həlli üzrə sülh danışıqlarında iştirakını istəmir
03.04.2018 12:01 Dünyadan reaksiya 1247
İran Fransanın Suriya münaqişəsinin həlli üzrə sülh danışıqlarında iştirakına qarşıdır.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən Türkiyə rəsmisi bildirib.
Onun sözlərinə görə, rəsmi Tehran Fransanın Suriya böhranı ilə bağlı Ankarada keçiriləcək sammitə qatılmasının əleyhinə çıxıb.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Ankarada təşkil edilən Suriya münaqişəsi üzrə sammitə qatılmaq istədiyini açıqlayıb. Türkiyə onun istəyini müsbət qarşılasa da, İran buna qarşı çıxıb.
Xatırladaq ki, aprelin 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə Suriyadakı vəziyyət üzrə sammit keçiriləcək.
Şərhlər