NATO Rusiyanı hədələdi

12.04.2018 11:55     Dünyadan reaksiya     1405

NATO Rusiyaya qarşı fəaliyyətlərdə daha qərarlı olmalıdır.

Bunu Almaniya mətbuatına müsahibəsində NATO Baş katibi Yens Stoltenberq deyib.

“Moskvaya göstərmək lazımdır ki, onun Krımda etdikləri, kiberhücumları nəticəsiz qalmayacaq. Moskva Suriyada Bəşər Əsəd rejimini dəstəkləyir və öz nüvə arsenalını modernləşdirir. Rusiya hakimiyyətinin nüvə silahının istifadəsi ilə bağlı psixoloji baryeri artıq azalır. Rusiya öz davranışını dəyişməyənə qədər NATO qüvvələri Şərqi Avropada qalacaq, Moskvaya qarşı sanksiyalar ləğv edilməyəcək”.(axar)

Reaksiya.az

Şərhlər