Ərdoğan və Tramp nədən danışdılar?

12.04.2018 12:04     Dünyadan reaksiya     1337

Danışıqlarda Suriyada yaranmış son vəziyyət müzakirə edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, danışıqlarda Suriyada yaranmış son vəziyyət müzakirə edilib. Tərəflər bu mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

Danışıqların geniş təfərrüatları açıqlanmır.



Reaksiya.az

Şərhlər