Kim Çen In Si Tsinpinə nüvəsizləşdirmənin mümkünlüyünü bildirib

13.04.2018 12:20     Dünyadan reaksiya     1350

KXDR lideri Kim Çen In martın sonlarına Çin lideri Si Tsinpinlə görüş çərçivəsində ABŞ-ın Şimali Koreyada siyasi sistemin saxlanılmasına zərurət verəcəyi halda nüvəsizləşdirmə prosesinin yol xəritəsini hazırlamağın mümkünlüyünü bəyan edib.

Bu barədə hər iki ölkənin münasibətlərinə yaxın mənbələr məlumat yayıblar.

Məlumata görə, Kim Çen Inı narahat edən əsas məsələ nüvəsizləşdirmə halında ABŞ-ın yenə də KXDR-in sistemini özünə ziddiyyətli hesab edərək məhv etməyə çalışmasıdır.

KXDR liderinin Si Tsinpinə ABŞ prezidenti Donald Trampla keçiriləcək görüş çərçivəsində də Şimali Koreyada siyasi rejimi saxlamağın əsas şərt olacağını çatdıracağı vurğulanıb.

Həmçinin Kim Çen Inın Çin liderinə Vaşinqtonun ona qarşı düşmən münasibətini sonlandıracağı halda Pxenyana nüvə silahının lazım olmadığını açıqladığı bildirilir.

Reaksiya.az

Şərhlər